Sumqayıtlı idmançılar fudokan üzrə açıq respublika turnirinə qatılacaqlar. Bu haqda bu gün, 22 iyul tarixində ShimalNews-a istinadən xəbər veririk.
Şəhidlərin əziz xatirəsinə həsr edilən uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək yarışda idmançılarımızla yanaşı Bakı, Gəncə, Qubadlı, Xaçmaz, Qusar və digər şəhər və rayonlardan 200-ə yaxın idmançı iştirak edəcək.
Turnir iyulun 22-də Qusar Olimpiya İdman Kompleksində baş tutacaq.