Sumqayıt idmançıları triatlon yarışlarında uğurla çıxış ediblər. Bu barədə 6 sentyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Bakı Su İdman Sarayında triatlon idman növü üzrə Tristar Super Sprint Aquatic yarışı keçirilib. İdmançılarımız Rüstəm Qasımov və Yusif Nəcəfov üzgüçülük idman növü üzrə 300 m, velosipedlə 8 km, qaçışda isə 2 km məsafəni qət edərək yarış normativlərini fərqlənmə ilə yerinə yetirdikləri üçün Triatlon Federasiyasının medalları ilə təltif olunublar.