Sumqayıt idmançısı beynəlxalq turnirdə qələbə qazanıb. Bu haqda 2 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Türkiyənin İstanbul şəhərində kikboksinq üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. 51 kq çəki dərəcəsində mübarizə aparan Əli Hüseynov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
İdmançımızın məşqçisi Elnur Piriyevdir.