Sumqayıtlı cüdoçular V İslam Həmrəylik Oyunlarında mübarizə aparacaqlar. Sumqayıt24 bu haqda 4 avqust tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
Turnir Türkiyənin Konya şəhərində keçiriləcək. Bu səbəbdən 8 avqust tarixində böyüklərdən ibarət kişi və qadın milli yığma komandamız (hər birində 7 idmançı) Türkiyəyə yola düşəcək. Qadınların heyətində iki sumqayıtlı idmançı - Gültac Məmmədəliyeva (52 kq) və Səbinə Əliyeva da (57 kq) yer alıblar.