Sumqayıtlı idmançı növbəti dəfə paracüdo idman növü üzrə Avropa çempionatının birincisi olub. Bu barədə 5 sentyabr tarixində Milli Paralimpiya Komitəsinə istinadən xəbər veririk.
İtaliyanın Kalyari şəhərində keçirilən yarışda milli komandanın üzvü İlham Zəkiyev (+90 kq, J1) bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Bununla da İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu adını qazanıb.
Ümumilikdə millimiz çempionatı 6 medalla tamamlayıb.