Sumqayıtın fəxri “Matteo Pellikone” güləş turnirinə qatılacaq. Bu haqda bu gün, 21 iyun tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, İslam Abbasov (87 kq) yunan-Roma güləşi üzrə milli komanda heyətində çıxış edəcək. Proqrama əsasən, idmançımız yarışın ilk günündə mübarizəyə başlayacaq.
Turnir iyunun 22-də İtaliyanın paytaxtı Romada start götürəcək və 4 gün davam edəcək.