top
“İstədiyim kimi Avropa çempionatında çıxış edə bilmədim” – Cüdoçu Gültac Məmmədəliyeva ilə ÖZƏL MÜSAHİBƏ
24 aprel 2025, 06:02
- ↺ +

“İstədiyim kimi Avropa çempionatında çıxış edə bilmədim” – Cüdoçu Gültac Məmmədəliyeva ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün sumqayıtlı qadın cüdoçu Gültac Məmmədəliyeva Avropa çempionatında mübarizə aparıb.

Monteneqronun paytaxtı Podqoritsada baş tutan beynəlxalq turnirdə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində tatamiyə çıxıb.

Qeyd edək ki, çempionatda Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.

Sumqayit24.az-ın əməkdaşı cüdoçu Gültac Məmmədəliyeva ilə danışıb.

Müsahibəni təqdim edirik:

- Gültac xanım, cüdo ilə ilk tanışlığınız necə olub? Bu idmana başlamanıza nə səbəb oldu?

- Cüdo ilə ilk tanışlığım 2008-ci ildə Pekin Olimpiadasını izləyən zaman yarandı. Elnur Məmmədovun çıxışın izlədim. Çox bəyəndim. Ondan sonra cüdo ilə məşğul olmaq qərarına gəldim.

- İlk məşqçinizi və o dövrlərdə yaşadığınız çətinlikləri necə xatırlayırsınız?

- 2008-ci ildə Sumqayıt şəhərində Paraolimpiya İdman Kompleksində məşqçi Zaur müəllimin yanında başladım. O dönəmdə məşqə bir qədər uyğunlaşmaq çətin idi. Çünki məşqdə yeganə qız mən idim.  30-40 nəfər oğlan idi.

- İdman həyatınızda ən yaddaqalan yarış və ya qələbəniz hansıdır?

- Ən yaddaqalan yarış medal qazandıqlarımdır. Lakin idmanda ən pik nöqtə Olimpiada da iştirak etməyimdir. Çünki Olimpiada zirvədir. Medal qazana bilməsəm də, iştirak etməyim gözəl duyğu oldu. Ən yaddaqalan yarışım demək olar ki, o olub.

- Yarışlardan öncə motivasiyanızı necə qoruyursunuz?

- Çalışıram ki, yarışa psixoloji hazır olum. Çox zaman yarışda psixoloji hazırlıq sayəsində qalib olursan.

- Cüdo sizin üçün nə ifadə edir? Bu idman sizi bir şəxsiyyət kimi necə formalaşdırdı?

- Cüdo mənim işimdir. Peşəkar şəkildə illərdir ki, məşğul oluram. Cüdo məni bir şəxsiyyət kimi bütün dünyada tanıdıb.

- Yarış zamanı psixoloji gərginliklə necə mübarizə aparırsınız?

- Məşqçilərimiz ilə söhbət edirik. Gərginliyi bir qədər aradan qaldırmağa çalışırıq.

- Zədələr və geriləmələrlə necə başa çıxırsınız?

- Zədələr məndə çox olub. Hazırda da əməliyyatdan yeni çıxmışam.

- Azərbaycanda qadın idmançılara münasibəti necə dəyərləndirirsiniz?

- Normal olduğunu düşünürəm. Belə bir anlayış var idi ki, “qız nədir, idman nədir”. İndi isə hazırda o düşüncə yoxdur. Hər kəs normal qəbul edir.

- Məşqlərdən kənar vaxtınızı necə keçirirsiniz? Hobbiləriniz nələrdir?

- Hobbi kimi futbol oynamağı çox sevirəm. Bir vaxtlar Azərbaycan Milli Komandasında 15-17-19 yaş qruplarına aid komandalarda  oynamışam.

- Ailəniz və yaxınlarınız cüdo ilə məşğul olmağınıza necə yanaşır?

- Ailəm və yaxınlarım arasında cüdo ilə məşğul olan olmayıb.

- Gənc cüdoçulara və idmana yeni başlayan qızlara nə tövsiyə edərdiniz?

- Cüdoya başlayan qızlara demək istəyirəm ki, səbrli olsunlar, idman çox çətindir. Travmalar çox ola bilər. Səbr etmək lazımdır. Kim sona qalırsa, o da qalib olur.

- Gələcəkdə özünüzü hansı sahədə görürsünüz? Məşqçi olmaq istəyirsinizmi?

- Hazırda idman karyeramı davam etdirdiyim üçün başqa iş barədə düşünməmişəm. Hər hansısa bir qurumda işləməyi fikirləşirəm. Məşqçi olmaq da istəyərəm. Milli komandanın məşqçi kimi işləmək mənə xoş olar.

- Sosial media ilə aranız necədir? İzləyicilərinizlə münasibətiniz necədir?

- Əvvəl sosial mediada çox aktiv idim. Hazırda heç bir sosial mediadan istifadə etmirəm.

-  Növbəti məqsədləriniz və hədəfləriniz nələrdir?

- Məqsədim elə Avropa çempionatında çıxış etmək idi. O da oldu. Bu Avropa çempionatında ilk yarışım idi. Çox uğursuz oldu. Tam özümə gəlməmişdim. Çünki 6-7 ayın içərisində iki dəfə çiynimdən əməliyyat olunmuşam. Hələ tam bərpa olunmayıb. Ona görə də istədiyim kimi çıxış edə bilmədim.

Növbəti yarışlar, “Böyük Dəbilqə” turnirləri, dünya çempionatı və digər beynəlxalq yarışlar olacaq. Çalışacağam ki, iştirak edim. Layiqincə təmsil edib, vətənə qayıdım.

- Çox insan sizi Paris Olimpiadası ilə xatırlayır. Açılış mərasimində bayrağımızı apardınız. Necə hiss idi?

- Bayraqdar olmaq çox böyük qürur hissi idi. Hamı kimi mən də orada istərdim ki, medal qazanım. Amma qismət olmadı. Məğlub oldum. Qalib olaraq bayrağımızı dalğalandıra bilməsəm də, bayraqdar kimi dalğalandırdım. Çox şad oldum.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər