Sumqayıtlı titullu idmançı “Karate Combat”-da ardıcıl ikinci dəfə qələbəyə sevinib. Sumqayıt24 bu haqda bu gün, 13 iyun tarixində turnirin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
Rafael Ağayev sözügedən yarışda 3-cü görüşünü keçirib. Bu dəfə o, yanvar ayında məğlub etdiyi macarıstanlı Jold Habda ilə üz-üzə gəlib. Adıçəkilən rəqibini bu döyüşdə də yenən Ağayev turnirdəki qələbə seriyasını uzadıb.