Sumqayıtlı idmançı Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında iştirak edəcək. Sumqayıt24 bu barədə 6 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Çexiyanın Pardubitse şəhərində baş tutacaq çempionatda komandamızın heyətində ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) mübarizə aparacaq. Yarış 9-11 sentyabr tarixlərində keçiriləcək.
Ülvi Məmmədov Dünya və Avropa çempionatlarının gümüş və bürünc mükafatçısıdır. Eləcə də o, dəfələrlə Azərbaycan çempionu olub.