Sumqayıtlı karateçi Avropada 1-ci olub. Sumqayıt24 bu haqda 1 may tarixində xəbər verir.
Dünya və Avropa Şotokan Federasiyası (WSF/ESF) Bolqarıstanın Kranevo şəhərində 13-cü Avropa çempionatını keçirib. Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu Ülvi Məmmədov (+84) 4 karateçini məğlub edərək çempion olub.
Onun rəqibləri Rumıniya, Gürcüstan və Çex təmsilçiləri, finalda isə yerli idmançı idi.