“Sumqayıt” futbol klubunun Premyer Liqadakı növbəti rəqibi açıqlanıb. Sumqayıt24 bu barədə Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir.
Komandamız 27-ci tur çərçivəsində “Sabah”ın qonağı olacaq. Oyun 15 may saat 17:00-da, Bakının “Bank Respublika Arena” stadionunda başlayacaq. Qarşılaşmanı “CBC Sport” telekanalı vasitəsilə canlı izləmək mümkün olacaq.