“Sumqayıt” futbol klubu Türkiyə təmsilçisinə məğlub olub. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
Yeni mövsümə hazırlıqlar aparan “kimyaçılar” Ankaranın Qızılcahamam bölgəsində “Samsunspor”la üz-üzə gəliblər. Yoxlama xarakteri daşıyan görüş "Samsunspor" klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Polat Yaldır və Fernando Boldrin vurublar.