“Sumqayıt” futbol klubunun əvəzedici heyəti yoxlama oyunları keçirəcək. Sumqayıt24 bu haqda 27 iyul tarixində komandanın rəsmi səhifəsinə istinadən xəbər verir.
Yeni mövsümün hazırlıqlarına start verən təmsilçimiz iyulun 30-da "Qaradağ Lökbatan", avqustun 6-da "Zirə-2", 10-da "Qarabağ-2", 17-də isə “MOİK”-lə qarşılaşacaq.
Qeyd edək ki, “Sumqayıt-2” bu mövsümdə də I Divizionda mübarizə aparacaq.