Şəhriyar Məmmədyarovun FIDE Qran-prisinin III mərhələsindəki növbəti rəqibi bəlli olub. Sumqayıt24 bu haqda bu gün, 24 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, sumqayıtlı qrossmeyster ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşacaq. O, ağ fiqurlarla oynayacaq.
Hazırda Məmmədyarovun 1 xalı var.