Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin 8-ci turundakı görüşünü qələbə ilə başa vurub. Bu haqda Report məlumat yayıb.
Şahmatçımız bu oyunda hindistanlı Rameşbabu Praqnanandhayla üz-üzə gəlib. Məmmədyarov onu 46-cı gedişdə təslim olmağa məcbur edib.
Qrossmeyster 8 oyundan sonra 5,5 xala malikdir. Bununla şahmatçı dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.
Turnir Niderlandın Veyk-an-Zee şəhərində keçirilir.