Sumqayıt şəhər 3 nömrəli məktəbin 9ç sinif şagirdi Hüseyn Məmmədli idman turnirində uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan H. Məmmədli "Məhsul" KKİC-nin Respublika Şurasının sərbəst güləş üzrə açıq birinciliyində 1-ci yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif edilib.