Sumqayıtlı karateçi məktəbli 30-cu Azərbaycan çempionatında uğurla çıxış edib. Bu haqda bu gün, 11 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
35 kq çəki dərəcəsində çıxış edən İbrahim Sadıqov Şotokan Karatedo üzrə Respublika ikincisi olub.
Sadıqov Sumqayıt şəhəri 8 nömrəli məktəbin 5-ci sinif şagirdidir.