Tanınmış şahmatçımız Beynəlxalq Şahmat Federasiyasının siyahısında irəliləyib. Bu haqda bu gün, 1 iyul tarixində FİDE-yə istinadən xəbər veririk.
Məlumata əsasən, beynəlxalq qrosmeyster Şəhriyar Məmmədyarov 12-ci yerə yüksəlib. İki pillə irəliləyən şahmatçının hesabında 2759 xal var.
Maqnus Karlsen (2864 xal) reytinq cədvəlinə liderlik edir. Siyahının 2-ci yerində çinli Liren Dinq (2806), 3-cü yerdə isə fransalı Alireza Firuzca (2793) qərarlaşıb.