Milli Məclisin deputatı Mahir Abbaszadə boks üzrə gənclər arasında Avropa çempionatının mükafatçıları Kənan və Kamil Babayev qardaşları ilə görüşüb. Bu haqda bu gün, 29 aprel tarixində Report-a istinadən xəbər veririk.
Görüşdə idmançıların atası Beyrək Babayev və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elbrus Rzayev də iştirak edib. Tədbirin sonunda deputat idmançılara təşəkkür plaketi və qiymətli hədiyyələr təqdim edib.
Bu il Bolqarıstanda keçirilmiş yarışda Kənan Babayev qızıl, ötən il isə Monteneqroda Kamil bürünc medal qazanıb.