Sumqayıtda tələbələr arasında 5 idman növü üzrə yarışlar təşkil olunub. Sumqayıt24 bu haqda Sumqayıt Dövlət Universitetinin saytına istinadən xəbər verir.
Belə ki, SDU və onun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin müxtəlif fakültələrində təhsil alan tələbələr stolüstü tennis, dama, şahmat, voleybol və basketbol idman növlərində bir-biri ilə mübarizə aparıblar.
Qeyd edək ki, yarışa ilk olaraq stolüstü tennisçilər başlayıb və 8 komanda öz bacarığını sınayıblar.