"Neftçi" futbol klubu "Sumqayıt"la matça itkilərlə çıxacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. Belə ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən Premyer Liqanın 32-cu turunu buraxacaqlar.
Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.