"Sumqayıt" klubu sabiq futbolçusunu geri qaytara bilər.
Söhbət Kasimir Ninqadan gedir. Sportinfo.az-ın məlumatına görə, 31 yaşlı forvardın Küveytin "Tadamon" komandası ilə yaya qədər qüvvədə olan müqaviləsi var. Keçidə tək mane ola biləcək səbəb də budur.
Hazırda tərəflər arasında danışıqlar gedir. Çad millisinin üzvü yenidən ölkəmizə qayıtmağa isti baxır. Qalır klubu ilə dil tapmaq.
Qeyd edək ki, Ninqa 2023/24 mövsümünü "kimyaçılar"da keçirib. O, “Sumqayıt”ın formasında 31 oyuna çıxıb və 8 qolla yadda qalıb.