Sumqayıtlı qrosmeysterin "Norway Chess"-dəki növbəti rəqibinin adı bəlli olub. Sumqayıt24 bu haqda 1 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
İlk turu qələbə ilə başa vuran Şəhriyar Məmmədyarov, yarışın ikinci günündə qara fiqurlarla fransalı şahmatçı Maksim Vaşye-Laqravla oynayacaq. Hazırda təmsilçiniz 1,5 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir Norveçin Stavanger şəhərində təşkil olunub.