Sumqayıtlı şahmatçının "Norway Chess" turnirinin ilk görüşündəki rəqibi bəlli olub. Bu haqda bu gün, 31 may tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, Şəhriyar Məmmədyarov bu görüşdə norveçli Aryan Tari ilə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.
Norveçin Stavanger şəhərində keçirilən turnir iyunun 10-dək davam edəcək.