Sumqayıtlı qrosmeyster “Norway Chess” blits turnirinə qatılıb. Bu haqda 30 may tarixində Sumqayıt24 xəbər verir.
Turnir Norveçin Stavanger şəhərində keçirilir. Yarışda iştirak edən şahmatçımız Şəhriyar Məmmədyarov dörd qələbə qazanıb. O, 5,5 xal toplayaraq Alireza Firuzca ilə ikinci-üçüncü yerləri bölüşür.
Qeyd edək ki, blitsin nəticələrinə uyğun olaraq yarışa dəvət olunmuş qrosmeysterlərin start nömrələri müəyyən edilir.