Cüdo üzrə Sumqayıt şəhər birinciliyi 16-17 aprel tarixlərində baş tutacaq. Bu haqda bu gün, 15 aprel tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.
Məlumata əsasən, “Şuşa İli”nə həsr olunmuş turnirdə 15 yaşa qədər 300-dən çox idmançı iştirak edəcək. Yarışlara 2008-2010-cu il təvəllüdlü idmançılar qatılacaqlar. Ümumilikdə 20 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Birincilik Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.