Sumqayıtlı cüdoçu Ömər Rəcəbli beynəlxalq turnirdə iştirak edir.
Sumqayit24.az xəbər verir ki, Monteneqronun paytaxtı Podqoriçada cüdo üzrə böyüklər arasında Avropa çempionatının üçüncü yarış günü keçirilir. Yarışda Ömər Rəcəbli 81 kq çəki dərəcəsində qüvvəsini sınayır. O, ilk görüşdə finlandiya rəqibi Eetu İhanamaki üzərində qələbə qazanıb.
Qeyd edək ki, çempionatda Azərbaycanı 15 cüdoçu təmsil edir.