Sumqayıtlı sərbəst güləşçi beynəlxalq turnirdə yüksək yer tutub. Bu barədə 2 may tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər veririk.
Yarış Türkiyənin Antalya şəhərində keçirilib. Millinin üzvü, Sumqayıt şəhər İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Cavidan Əhmədov (70 kq.) bürünc medala layiq görülüb.
İdmançının məşqçisi Samit Əhmədovdur.