Sumqayıt güləş məktəbinin yetirmələri dünya reytinqinin ilk onluğunda yer alıblar. Sumqayıt24 bu barədə 17 avqust tarixində Uww.org-a istinadən xəbər verir.
Belə ki, 60 kq çəkidə çıxış edən yunan-Roma güləşçimiz Murad Məmmədov 4-cü yerdədir. Onun hesabında 48.500 xal var. Digər pəhləvanımız isə İslam Abbasovdur. O, 87 kq çəki üzrə 33.900 xalla 10-cu yerdədir.