“Neftçi” futbol klubu “Sumqayıt”ın oyunçusunu transfer etmək niyyətindədir. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.
Məlumata görə, ötən ilin yay transfer pəncərəsində Rəhim Sadıxovu öz heyətinə qatmağa nail ola bilməyən “Neftçi”, mövsümün sonunda istəyinə çata bilər. Futbolçunun müqavilə müddəti həmin zaman bitəcəyi üçün, onun paytaxt təmsilçisinə keçidi daha real görünür.
Qeyd edək ki, Rəhim Sadıxov komandamızın “Neftçi” ilə keçirdiyi oyunlarda ən məhsuldar futbolçusudur. Onun hesabında 5 qol var. AZETRAG.AZ