“Sumqayıt” futbol klubu "Sportinq" (Lissabon) klubunun yetirməsini transfer edib. Sumqayıt24 bu haqda 29 iyul tarixində “kimyaçılar”ın rəsmi saytına istinadən xəbər verir.
Son mövsümü "Nasional"da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb. Bundan əlavə o, "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD" və "Koimbra"nın da formasını geyinib.
Qeyd edək ki, Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.