Sumqayıtlı qadın cüdoçu dünya çempionatına qatılacaq. Bu haqda 14 aprel tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən xəbər verir.
Qatarın ev sahibliyi edəcəyi mündial Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək. Milli komandamızın heyətində idmançımız Gültac Məmmədəliyeva (48 kq) iştirak edəcək. Ümumilikdə Azərbaycan yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.
Mötəbər yarış 7-14 may tarixlərində baş tutacaq.