“Sumqayıt” futbol klubu “Qarabağ” və “Neftçi”nin yarımmüdafiəçiləri ilə maraqlanır. Sumqayıt24 bu haqda Apasport.az-a istinadən xəbər verir.
Məlumata əsasən, “kimyaçılar” milliləşdirilmiş braziliya əsilli Riçard Almeydanı və paraqvaylı pleymeyker Sezar Meza Kollini heyətinə cəlb etmək niyyətindədir.
Qeyd olunur ki, 31 yaşlı Sezar Meza Kollinin “Neftçi” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Lakin onun çıxışı klub rəhbərliyini qane etmədiyi üçün futbolçunun transferi real görünməyə başlayır.