UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" klubu Vətənə qayıdıb.
Sumqayit24.az xəbər verir ki, "köhlən atları" Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.