“Qarabağ” - “Viktoriya” oyununu Sumqayıt kinoteatrında izləmək mümkündür. Bu barədə 15 avqust tarixində Sumqayıt24 xəbər verir.
Oyun qitənin ən böyük klublararası turniri olan UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq. 17 avqust saat 20:30-da başlayacaq matçı stadiondan izləmək imkanı olmayanlar “Nizami” kinoteatrına təşrif buyura bilərlər.
Qiyməti 5 manat təşkil edən biletləri link vasitəsilə və ya kinoteatrın kassasından əldə edə bilərsiniz.
Əlaqə: (055) 300-55-14;
Ünvan: 2-ci mkr, N. Nərimanov küçəsi.