UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu başa çatıb.
Sumqayit24.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda keçirilən matçda təmsilçimiz rəqib komandanı 2:1 hesabı ilə üstələyib. Beləliklə, Ağdam təmsilçisi cari mövsüm Avroliqada ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.