“Sumqayıt” FK 15 aprel tarixində Premyer Liqanın 23-cü turunda “Qəbələ” ilə qarşılaşıb. Bu haqda Sumqayıt24 xəbər verir.
Hesab matçın 17-ci dəqiqəsində Araz Abdullayevin qolu ilə açılıb. Növbəti qol 89-cu dəqiqədə rəqib komanda tərəfindən vurulub və oyunun yekun hesabını müəyyən edib - 1:1.
Bu turdan sonra “Sumqayıt” klubu 15 xalla 7-ci, “Qəbələ” isə 35 xalla 4-cü pillədədir.