“Sumqayıt” futbol klubu ardıcıl ikinci qələbəsini qazanıb. Bu haqda Sumqayıt24 xəbər verir.
Premyer Liqanın 17-ci turunun oyunları keçirilib. Təmsilçimiz “Kapital Bank Arena” stadionunda “Səbail”i qəbul edib. Stiven Pereyra və Vüsal İsgəndərlinin vurduğu qollarla “Sumqayıt” rəqibi üstələyib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran "kimyaçılar" son pillədən 8-ci sıraya yüksəlib. [modula id="28748"]