Sumqayıtlı qılıncoynadanlar yarışmada qalibiyyət qazanıb. Bu haqda Sumqayıt qılıncoynatma klubunun İnstagram səhifəsinə istinadən xəbər veririk.
Sözügedən idman növü üzrə keçirilən “Uşaq liqası”nda təmsilçimiz Gülarə Tağızadə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub. Digər idmançımız Züleyxa Sultanlı isə bürünc medala layiq görülüb.
Onları bu yarışa məşqçiləri Abdulla Həsənov hazırlayıb.