Sumqayıt şahmat məktəbində turnir keçiriləcək. Bu haqda bu gün, 11 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər veririk.
Turnir şəhid, XTQ kəşfiyyat bölüyünün manqa komandiri Şəhriyar Qasımovun xatirəsinə həsr edilib. Yarış qızlar və oğlanlar arasında baş tutacaq.
Turnir 13 iyul saat 10:00-da start götürəcək. İştirak üçün qeydiyyat linki: https://bit.ly/3NWHBzW