Şahmatçımız çempionlar turunun növbəti mərhələsində iştirak edəcək. Bu haqda bu gün, 6 iyul tarixində AZƏRTAC-a istinadən məlumat veririk.
Məlumata əsasən, turnirə Şəhriyar Məmmədyarovla yanaşı Azərbaycanın digər qrosmeysteri Teymur Rəcəbov da qatılacaq.
Çempionlar turu 10 iyul tarixində Mayamidə start götürəcək. Yarışın mükafat fondu 210 min dollardır.
Təmsilçimiz bəynəlxalq şahmat reytinqinin 12-ci pilləsindədir.