Kişilərdən ibarət yığmamızın Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşü baş tutub. Sumqayıt24 bu haqda 9 avqust tarixində xəbər verir.
Serbiya yığması ilə görüş komandamızın qələbəsi ilə bitib (2,5:1,5). Millimizin heyətində çıxış edən Sumqayıtlı şahmatçılarımız - Şəhriyar Məmmədyarov öz oyununu qələbə, Vasif Durarbəyli isə heç-heçə ilə yekunlaşdırıblar.
Yığmamız yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan millisi isə Olimpiadanın qalibi olub.
Daha öncə qarşılaşmanın keçiriləcəyi haqda məlumat vermişdik.