top
Qurban Qurbanov “Sumqayıt”ı TƏBRİK ETDİ
22 avqust 2025, 23:58
- ↺ +

Qurban Qurbanov “Sumqayıt”ı TƏBRİK ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qarabağ"ın baş məşqçisi "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Sumqayit24.az xəbər verir ki, Qurban Qurbanov mətbuat konfransında deyib:

“Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar oyuna çıxsa da, hələ yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyəcək. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar.

Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu”.

“Düşünmürsünüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?” sualına isə təcrübəli məşqçi belə cavab verdi:

“Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə, əsas heyətlə meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Bu gün, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Oxşar xəbərlər