“Sumqayıt” futbol klubu çempionatın 15-ci turunda heç-heçə ilə razılaşıb.
Bu turda komandamız “”ASCO Arena” stadionunda “Səbail”in qonağı olub. Oyunda hesabı rəqib komanda açıb. Belə ki, 17-ci dəqiqədə Domantas Şimkus baxımlı qola imza atıb. “Kimyaçılar”I isə məğlubiyyətdən “Səbail”in futbolçusu Camal Araqo xilas etdi. O, 65-ci dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, bu turdan sonra komandamız 13 xalla 7-ci, hesabında 11 xalı olan “Səbail” isə sonuncu pillədədir.