Rafael Ağayevin "Karate Combat"-dakı növbəti döyüşünün vaxtı açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 15 aprel tarixində Report-a istinadən xəbər verir.
Məlumata əsasən, 11 iyun tarixində idmançımız Macarıstan təmsilçisi Jolt Habda ilə üz-üzə gələcək. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutacaq.
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu "Karate Combat" turnirində ilk dəfə 2018-ci ildə çıxış edib və qalib gəlib.