“Karate Combat” turnirində qələbə çalan Rafael Ağayev vətənə dönüb. Sumqayıt24 bu haqda 28 iyun tarixində idmançının rəsmi səhifəsinə istinadən xəbər verir.
Rafael Ağayev və digər azərbaycanlı karateçi Şahin Atamovun olduğu təyyarə gecə saatlarında Heydər Əliyev Aeroportuna eniş edib. Burada onları yaxınları, azarkeşləri və çox sayda digər vətəndaş böyük sevinc və ajiotajla qarşılayıblar.
Qeyd edək ki, sumqayıtlı karateçi fransalı Deyvi Donanı məğlub edib.