Sumqayıtlı Rafael Ağayev "Karate Combat" turnirinə qatılacaq. Bu haqda 24 may tarixində Sumqayıt24 idmançının İnstagram səhifəsinə istinadən xəbər verir.
"Karate Combat" turniri ABŞ-nin Mayami şəhərində baş tutacaq. 38 yaşlı idmançımız çempionluq kəməri uğrunda Coş Kuayhagenlə döyüşəcək. Döyüş 24 iyun tarixində keçiriləcək.