"Karate Combat"ın prezidenti Adam Kovaç, sumqayıtlı Rafael Ağayevlə bağlı öz fikirlərini bölüşüb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Kovaç, Dünya şöhrətli karateçimizlə müqavilə imzaladıqlarından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Ağayev karate üzrə bütün zamanların ən böyük idmançılarından biridir. O, turnirə olimpiya qələbələrinin impulsunu gətirir və peşəkar dünya çempionatına can atır.
Xatırladaq ki, 37 yaşlı sumqayıtlı idmançı bu turnirdə ilk döyüşünü 28 yanvar tarixində keçirəcək.