Rafael Ağayev Avropa çempionatından medal ilə qayıdır. Sumqayıt24 bu haqda bu gün, 30 may tarixində Report-a istinadən xəbər verir.
Karateçimiz Azərbaycan milli komandası tərkibində fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət kumite komandası finalda Fransa yığmasına 1:3 hesabı ilə məğlub olub.
Avropa çempionatı Türkiyənin Qaziantep şəhərində keçirilib.