Rafael Ağayev Türkiyədə keçiriləcək İslam Həmrəyliyi oyunlarında və Bakıda baş tutacaq Premyer Liqa yarışında iştirak edə bilməyəcək. Bu haqda bu gün, 21 iyul tarixində Report-a istinadən xəbər veririk.
"Rəqibin başına zərbə vuranda sağ əlimin sümüyü çatlayıb. Gipsə qoyulmuşdu, yenicə açılıb. Bu səbəbdən tələbəm Fərid Ağayev bu yarışlarda iştirak edəcək", - deyə karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu bildirib.
Premyer Liqa yarışı 2-4 sentyabr tarixlərində baş tutacaq. Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yarışda 9 kişi kumiteçi iştirak edəcək.